SON DƏQİQƏ
» » Braziliyada polislərin etiraz aksiyaları davam edir

Braziliyada polislərin etiraz aksiyaları davam edir

Tarix:

22-02-2020, 21:48

/ 730 dəfə oxundu.
Braziliyada polislərin etiraz aksiyaları davam edir

Braziliyanın şimal-şərqindəki Seara əyalətində 18 fevralda başlayan polislərin etiraz aksiyaları davam edir.

GunAz.az Trend-ə istinadən bildirir ki, cinayətkarlar aksiyaların yalnız ilk iki günündə 50-dən çox qətl törədiblər.

Braziliya qanunlarına görə təhlükəsizlik qüvvələrinin - hərbi və polisin tətil etmək hüququ yoxdur. Lakin, hüquq-mühafizə orqanlarının əməkdaşları maaşların artırılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra bu addımı atmaq qərarına gəliblər.

Bildirilir ki, senator Sid Qomez tətilçilərlə toqquşma zamanı xəsarət alıb. Bundan sonra Seara qubernatoru federal hakimiyətdən əyalətə hərbçiləri göndərməyi istəyib. Bu gün bölgəyə 2500 nəfərdən ibarət hərbi kontingent daxil edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ