SON DƏQİQƏ
» » Bakı metrosuna yeni vaqonlar gətiriləcək - BU TARİXDƏ

Bakı metrosuna yeni vaqonlar gətiriləcək - BU TARİXDƏ

Tarix:

21-02-2020, 17:11

/ 1 767 dəfə oxundu.
Bakı metrosuna yeni vaqonlar gətiriləcək - BU TARİXDƏ

“Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək”.
GunAz.az xəbər verir ki, bunu report-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.Onun sözlərinə görə, ölkəyə ümumilikdə, 20 vaqonun gətirilməsi gözlənilir: “Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar isə razılaşmaya görə, növbəti iki ildə gətiriləcək”.Xatırladaq ki, ötən il oktyabr ayında “Bakı Metropoliteni” Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 qatar və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.

скачать dle 12.1

Şərhlər