SON DƏQİQƏ
» » Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

Tarix:

17-02-2020, 18:13

/ 2 041 dəfə oxundu.
Pekində altı günə tibbi maskalar istehsal ediləcək fabrik inşa ediləcək

Çinin "China Construction First Group" şirkəti Pekində gündə 250 min tibbi maska ​​istehsal ediləcək yeni fabrika inşa edəcək.

GunAz.az xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Fabrikin inşası bu gün başlayıb və altı gün ərzində başa çatacaq. İşçilər cədvələ uyğun işi bitirmək üçün bir neçə növbədə çalışacaqlar. İnşaatçıların yeni koronavirusa yoluxmaqdan qorunması üçün onların hər gün temperaturu ölçüləcək, yoluxmuş insanlar isə yaşayış məntəqələrindən  uzaqlaşdırılacaq.

Yeni virus epidemiyası fonunda tibb işçiləri və geniş ictimaiyyət arasında maskalara böyük tələbat yaranıb. Çin hökuməti tibbi məhsul istehsalçılarını istehsalı artırmağa təşviq edir.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ