SON DƏQİQƏ
» » Tramp Rusiyaya Suriya qoşunlarına İdlibdə dəstək verməkdən imtina etməsini təklif edib

Tramp Rusiyaya Suriya qoşunlarına İdlibdə dəstək verməkdən imtina etməsini təklif edib

Tarix:

17-02-2020, 17:50

/ 1 747 dəfə oxundu.
Tramp Rusiyaya Suriya qoşunlarına İdlibdə dəstək verməkdən imtina etməsini təklif edib

ABŞ prezidenti Donald Tramp, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi telefon söhbətində bildirib ki, Rusiya Suriya ordusunun İdlibdəki əməliyyatlarına  dəstək verməməlidir.

GunAz.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Tramp Suriyanın İdlib bölgəsindəki vəziyyətlə bağlı Ərdoğana narahatlığını çatdırıb və humanitar fəlakətin qarşısını almaq üçün göstərdiyi səylərə görə ona təşəkkür edib.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Türkiyəni Suriyanın İdlib bölgəsindəki vəziyyəti gərginləşdirməkdə ittiham edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ