SON DƏQİQƏ
» » Koronavirus səbəbindən aviaşirkətlərin gəlirləri bu ilin I rübündə 4-5 mlrd. dollar azalacaq

Koronavirus səbəbindən aviaşirkətlərin gəlirləri bu ilin I rübündə 4-5 mlrd. dollar azalacaq

Tarix:

15-02-2020, 09:10

/ 1 570 dəfə oxundu.
Koronavirus səbəbindən aviaşirkətlərin gəlirləri bu ilin I rübündə 4-5 mlrd. dollar azalacaq

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) koronavirusa (COVID-19) görə bir çox aviareyslərin ləğv edilməsi səbəbindən cari ilin I rübündə qlobal aviaşirkətlərin gəlirləri 4-5 mlrd. ABŞ dolları azala bilər.
"Vesti"nin verdiyi məlumata görə, ölkələr COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə geniş səyahət qadağaları qoyub.
ICAO-nun məlumatına görə, təxminən 70 aviaşirkət materik Çinə və oradan olan bütün beynəlxalq uçuşları ləğv edib. Digər 50 aviadaşıyıcı isə uçuşların sayını azaldıb.
Agentliyin ilkin qiymətləndirməsi zamanı hava yüklərinə, aeroportlara, naviqasiya xidməti təminatçılarına, Çində daxili hava səyahətlərinə və Honkonq, Makao və Tayvana beynəlxalq daşımaların potensial təsiri nəzərə alınmayıb.
ICAO həmçinin Çin turistlərinin azalması səbəbindən Yaponiyanın turizm gəlirinin I rübdə 1,29 mlrd. dollar, Taylandın isə 1,15 mlrd. dollar itirə biləcəyini proqnozlaşdırır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ