SON DƏQİQƏ
» » Çin koronavirus ilə mübarizə aparmaq üçün 11,5 milyard dollar ayırdı

Çin koronavirus ilə mübarizə aparmaq üçün 11,5 milyard dollar ayırdı

Tarix:

14-02-2020, 14:51

/ 1 316 dəfə oxundu.
Çin koronavirus ilə mübarizə aparmaq üçün 11,5 milyard dollar ayırdı

Çin hakimiyyəti yeni koronavirus növü ilə mübarizə aparmaq üçün 80,5 milyard yuan (11,5 milyard dollar) ayırıb.

GunAz.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Çinin maliyyə nazirinin köməkçisi Oy Venxan keçirdiyi mətbuat konfransında deyib.

“Fevralın 13-nə olan vəziyyətə görə, bütün səviyyələrdə maliyyə müəssisələri ümumilikdə 80,5 milyard yuan (11,5 milyard dollar) ayırıb, faktiki xərclər 41 milyard yuan (5,87 milyard dollar) təşkil edib”, – deyə məmur bildirib.

O, həmçinin əlavə edib ki, hakimiyyət epidemiyaya qarşı mübarizə üzrə ehtiyacların maliyyələşdirilməsini bundan sonra da artırmaq niyyətindədir.

“Maliyyə problemlərinin tibbi yardım göstərilməsinə və xəstəliyin yayılmasına profilaktika və nəzarət tədbirlərinin həyata keçirilməsinə təsir göstərməməsinə zəmanət vermək lazımdır.

Çin hökuməti 31 dekabr 2019-cu il tarixdə Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsində (Hubei əyaləti) Uxan şəhərində naməlum pnevmoniyanın baş verməsi barədə məlumat verib. Mütəxəssislər xəstəliyin patogenini koronavirus kimi təyin ediblər. İndiyədək yoluxanların sayı artıq 63,8 min nəfəri ötüb, 1380 nəfər dünyasını dəyişib.

Çindən kənarda bu xəstəliyə 505 nəfər yoluxub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ