SON DƏQİQƏ
» » ABŞ İrandan qaz və elektrikin idxalı ilə bağlı İraqa güzəştə getdiyini bildirib

ABŞ İrandan qaz və elektrikin idxalı ilə bağlı İraqa güzəştə getdiyini bildirib

Tarix:

13-02-2020, 17:50

/ 2 169 dəfə oxundu.
ABŞ İrandan qaz və elektrikin idxalı ilə bağlı İraqa güzəştə getdiyini bildirib

ABŞ İrana və onunla ticarət mübadiləsi aparan ölkələrə sanksiyalar fonunda İraqa yeni möhlət verdiyini bildirib.

GunAz.az xəbər verir ki, ABŞ Dövlət Katibliyi İrandan qaz və elektrik enerjisinin idxalı ilə bağlı İraqa güzəştə getdiyini bəyan edib.

Məlumata görə ABŞ-ın növbəti güzəşt müddəti 45 gündür.

ABŞ Dövlət Katibliyi verdiyi bəyanatda İraqın İrandan enerji sahəsindəki asılılığının aradan qaldıracağına "ümidvar" olduğunu bildirib.

Qeyd edək ki, ABŞ 2015-ci ildə əldə edilmiş nüvə sazişindən birtərəfli qaydada çıxdıqdan sonra, İrana və onunla neft, qaz, enerji, hava nəqliyyatı və sair sahələrdə əməkdalıq edən ölkə və şirkətlərə sanksiya tətbiq edib.

ABŞ bundan öncə İraqa iki dəfə 90 günlük və iki dəfə 120 günlük güzəşt möhləti vermişdi.

Ekspertlər bildirir ki, İraq hökuməti parlamentin ABŞ qüvvələrinin çıxması ilə bağlı qərarını icra edərsə Donald Tramp Administrasiyası sözügedən güzəşt möhlətini dərhal ləğv və İraqa əlavə sanksiyalar tətbiq edə bilər.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ