SON DƏQİQƏ

Elon Musk haqqında 15 qəribə fakt ÖZƏL

Tarix:3-02-2020, 17:55 Oxunub:2 838

Elon Musk hər keçən gün etdikləri ilə bizi təəccübləndirməyə davam edir. Xəyallarından ilham aldı, bu gün isə elektrikli maşınlar,sürücüsüz maşınlar, kosmos araşdırmaları kimi bir çox nəaliyyətlərə imza atmış oldu. Mars koloniyaları, günəş enerjisi və süni intellektlərlə bağlı olan şirkətləri idarə edir. İndi isə Musk haqqındakı 15 maraqlı həqiqətə keçək.

1. Valideynləri Elon-ın eşitmə əngəlli olduğunu düşünürdü.
Elon Musk, uşaq ikən ailəsi onunla danışarkən tez-tez uzaqlara baxıb gedirdi. Bu da ailəsinin onda eşitmə problemi olduğu ilə bağlı şübhələndirmişdi. Həkimlərin müayinəsindən sonra problem olmadığı aşkarlandı. Anası bu mövzu haqqında belə deyir:

“Beyninə girir və başaqa bir dünyada olduğunuzu görürsünüz. İndilərdə də yeni bir roket və ya yeni bir şey dizayn etdiyini bildiyim üçün onu sərbəst buraxıram”

2. Uşaq vaxtı çox zorakılığa məruz qalıb.
Cənubi Afrikada böyüyən Musk, dostları tərəfindən olduqca çətin vaxtlar keçirməyə məruz qalmışdı. Belə ki, 41 yaşında ikən o dövrlərdən qalan burnunda əmələ gələn problemlər səbəbi ilə əməliyyat oldu.

3. 1984-cü iləd video oyunu dizayn edib satdı.
“Blastar” adlanan bu oyun Elon Musk-a 500 dollar qazandırdı. Oyundakı məqsəd silahlarla dolu kosmos gəmisini yox etmək idi. 2015-ci ildə Google mühəndisləri oyun kodunu HTML5-də işlənə biləcək hala gətirdi. Musk 12 yaşında yazdığı oyun üçün belə deyir:

“Önəmsiz və adi bir oyun olsa da Flappy Bird-dən daha yaxşıdır.”

4. Universitetdə ikən xərclərini çıxarmaq üçün partilər təşkil edirdi.
Pensilvaniya Universitetində oxuyarkən, ev partiləri təşkil edərək evin kirayəsinin pulunu qazanırdı. 10 yataq otaqlı dərnək evində bir dostu ilə qalan Musk, partiləri idarə edə bilmək üçün ayıq qalırdı. Hətta bir dəfə anası da gələn-gedəni kontrol etmək üçün ona kömək etmişdi.

5. Standford Universitetini qəbul olduqdan 2 gün sonra buraxmışdı.
1995-ci ildə Standford Universitetində fizika oxumaq üçün qeyd olunmuşdu. Amma iki gün içində internet cəmiyyəti dəyişdirə biləcək potensiala sahib olduğunu düşünərək, bu qərara gəlmişdi. Universiteti atıb, Zip2-nu qurmaq qərarına gəldi. 1999-cu ilə qədər davam edən Zip2, internet qəzetlərində rəhbər və xəritə təşkil edən bir şirkət idi.

6. 5 oğlu var
Musk-in köhnə arvadı Justine Wilson-dan 5 oğlu var. Əkizləri Griffin və Xavier 2004-də, üçəmləri isə Damian, Saxon və Kai isə 2006-cı ildə anadan olmuşdur. 2002-ci ildə doğulan Nevada adlı oğulları 10 həftəlik ikən vəfat etmişdir.

7. Tony Stark-ın həqiqi versiyasıdır.
Musk Iron Man seriyasındakı Robert D. Jr. Xarakteri üçün ilham qaynağı idi. 2007-ci ildə Musk ilə SpaceX mərkəzini gəzən Downey Jr. Oradan ilham almışdır. Hətta Musk, Iron Man 2 filmində də rol almışdır.

8. Bir dəfə iflas ilə üz-üzə gəldi.
2008-ci ildə böyük kriz səbəbi ilə və arvadı Wilson-dan boşandığı üçün maddi baxımdan çətin günlər keçirməli oldu. Dostlarından aldığı borçlar ilə keçinən Musk, son 35 milyon dollarını Teslaya xərclədi. Bu gün Teslanın dəyəri 33.4 milyard dollardan daha çoxdur.

9. James Bond maşınlarından birinə sahibdir.
2013-cü ildə Musk bir auksionda 866 min dollara 1977-ci ilində James Bond filmin üçün istifadə edilən sualtı maşını satın aldı. Həqiqətən sualtına çevrilmədiyini öyrəndiyi zaman xəyal qırıqlığı yaşayan Mysk, Teslanın elektrik gücündən faydalanaraq bu xəyalını gerçəkləşdirəcəyini deyir.

10. The Big Bang Theory serialında qonaq aktyor olub.
Elon Musk, 2015-ci ildə The Big Bang Theory serialının 9-cu 9-cu bölümündə iştirak edib. Təxminən 2 dəqiqəlik səhnədə Elon qab yuyarkən görüntülənir.

11. Marsa atom bombası göndərməyi təklif etdi.
2015-ci ildə Stephen Colbert ilə Late Show-a qatılan Musk, Marsın koloniyalaşması fikirlərini danışdı. Marsın dünya tipli planetə çevriləcəyindən bəhs edərək, bir az isinməyə ehtiyacı olduğunu dedi.

Bunu etməyin sürətli və yavaş yolu var. Sürətli yolda planetin qütblərinə termonüvə silahları buraxılır. Beləliklə Marsa yaxın olan 2 günəş əmələ gəlir. “

12. Uğurunun sirri təmiz olmaqdır.
Reddit-də bir istifadəçidən gələn “Həyatınıza ən böyük pozitiv təsir edən vərdişiniz nədir?” sualına meditasiya, erkən oyanmaq kimi cavablar vermədi. Elon uğurunun sirrinə ən çox təsir edən şeyin çimmək olduğunu vurğuladı.

13. Süni intellektin insan varlığı üçün ən böyük təhdid olduğuna inanır.
Elon Musk süni intellek mövzusuna inanılmaz dərəcədə təmkinli davranır. Süni intellektin insanlardan daha güclü və ağıllı ola biləcəyinə və beləliklə də insan nəslinin bitməsinə səbəb olacağından qorxur. Musk belə düşünən tək insan deyil. Bill Gates və Stephen Hawking də belə düşünən insanlardandır.

14. Yumor anlayışı ürəkaçan deyil.
Mövzu yumora gələn zaman Musk beldən aşağı zarafatlara keçir. Məsələn, Tesla Model 3-ə ad verərkən Mus əslində onu Model E olaraq adlandırmaq istəmişdi. Əgər belə etsə, modellərin adları, S, E və X olacaqdı.

15. Gündə 12 stəkan diyet dola və bir az da kofe içirdi.
2007-ci ildə həftədə 100 saat çalışmaq üçün gün ərzində 8 qutu diyet dola və bir neçə fincan da kofe içirdi ki, ayıq qala bilsin.

GunAz.az

N.SAFURA

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<