SON DƏQİQƏ
» » Braziliyanın cənub-şərqində leysan yağışları 47 nəfərin ölümünə səbəb olub

Braziliyanın cənub-şərqində leysan yağışları 47 nəfərin ölümünə səbəb olub

Tarix:

28-01-2020, 17:30

/ 1 260 dəfə oxundu.
Braziliyanın cənub-şərqində leysan yağışları 47 nəfərin ölümünə səbəb olub

Braziliyanın cənub-şərqindəki Minas Jerays ştatında leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsi zamanı azı 47 nəfər ölüb.

GunAz.az-ın verdiyi xəbərə görə, bu barədə regional mülki müdafiə xidməti məlumat yayıb.

Agentliyin məlumatına görə, ən çox ölüm hadisəsi əyalətin paytaxtı Belo Horizontidə qeydə alınıb.  Burada 13 nəfər həyatını itirib, dörd nəfər itkin düşüb. Xəsarət alanların sayı 65 nəfərdir.

18 mindən çox insan müvəqqəti yaşama mərkəzlərinə köçürülüb, onlardan 3,3 mindən çoxu evsiz qalıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ