SON DƏQİQƏ

Yanvarın 16-dan bəri Suriyada gedən döyüşlərdə təxminən 100 nəfər öldürülüb

Tarix:20-01-2020, 10:43 Oxunub:1 164

Yanvarın 16-dan bəri silahlı qruplaşmaların hücumu nəticəsində 50-yə yaxın Suriya hərbçisi və 50-dən çox mülki şəxs həyatını itirib.
GunAz.az verir ki, bunu Suriyada müharibə edən tərəflər arasında sülhə dair Rusiya mərkəzinin rəhbəri, general-mayor Yuri Borenkov açıqlayıb.
"Bu ilin 16 yanvarından bəri silahlıların hücumu və atəşə tutması nəticəsində 47 nəfər öldürülüb, Suriya Ərəb Ordusunun 77 əsgəri yaralanıb, həmçinin 51 mülki şəxs öldürülüb və 116 nəfəri isə yaralandı”, - deyə Borenkov bildirib.

Onun sözlərinə görə, suriyalı silahlılar NATO ölkələrinin döyüş sursatlarından və silahlarından fəal şəkildə istifadə etməyə başlayıblar.Eyni zamanda, Borenkov əlavə edib ki, buna qədər qanunsuz silahlı dəstələr əsasən kustar üsulla hazırlanmış silahlardan və döyüş sursatlarından istifadə edirdilər.

Y.Borenkov, həmçinin bildirib ki, yanvarın 16-dan bəri İdlib deeskalasiya zonasında hökumət qoşunları 16 dəfə hücuma məruz qalıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<