SON DƏQİQƏ
» » NASA-dan Avstraliya xəbərdarlığı: Duman dünyaya yayıla bilər!

NASA-dan Avstraliya xəbərdarlığı: Duman dünyaya yayıla bilər!

Tarix:

14-01-2020, 20:14

/ 1 914 dəfə oxundu.
NASA-dan Avstraliya xəbərdarlığı: Duman dünyaya yayıla bilər!

Avstraliyada alovlar o qədər böyükdür ki, görünməmiş ölçülü boranlara səbəb olur. Boranlar isə tüstünün stratosferə çatmasına imkan verib. Bəzi ərazilərdə tüstü 17,7 kilometrə qədər yüksəldiyi bəlli olub. Duman stratosferə çatdıqda isə mənbəyindən minlərlə kilometr uzaq məsafəyə yayıla və qlobal atmosfer şəraitinə təsir göstərə bilər.

Amerika Aeronavtika və Kosmos Agentliyi (NASA) Avstraliyada meşə yanğınlarından yüksələn tüstünün strososfer qatına çatması ilə tüstüsünün dünyaya yayılacağını açıqlayıb.

Ölkənin şərq sahillərində meşə yanğınları sentyabr ayından bəri davam edir.

Yeni ilin ilk günündə Sakit okeana çatan tüstü qatı Cənubi Amerikanı keçib və yanvarın 8-də dünyadakı turun yarısını tamamlayıb. NASA mütəxəssisləri, dumanların ən azı bir dəfə dünyaya yayılacağını söyləyirlər.

Xatırladaq ki, Avstraliyada ən az 28 nəfərin həyatını itirdiyi və yüz milyonlarla hektarı külə çevirən yanğınlarda yüz milyonlarla heyvan ölüb.

Mütəxəssislər dediklərinə görə, iqlim dəyişikliyi yanğının ölçüsü və şiddətində mühüm rol oynayır.

скачать dle 12.1

Şərhlər