SON DƏQİQƏ
» » İranda aksiyalar genişlənir: Kərrubinin oğlu saxlanıldı

İranda aksiyalar genişlənir: Kərrubinin oğlu saxlanıldı

Tarix:

14-01-2020, 15:48

/ 1 800 dəfə oxundu.
İranda aksiyalar genişlənir: Kərrubinin oğlu saxlanıldı

İranda müxalifətin liderlərindən biri olan Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi saxlanılıb.

Bu məlumatı "Fars” agentliyi yayıb. Məlumata görə, Hüseyn Kərrubi antihökumət aksiyalarına dəstək verdiyi üçün həbs olunub. Onun öz evində saxlanıldığı vurğulanıb.

Qeyd edək ki, İranda son bir neçə gündür etiraz aksiyaları davam edir. Etiraz aksiyalarına İran hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus sərnişin təyyarəsini vurması səbəb olub. Aksiyalara tələbələr start versə də, sonradan onun arealı genişlənib. Etirazlar Tehran, Rəşt, Həmədan, Kirman və digər əraziləri əhatə edib. Aksiyalar zamanı Xamenei əleyhinə şüarlar səslənib, Qasım Süleymaninin şəkilləri etirazçılar tərəfindən cırılıb.

Mehdi Kərrubi İranda praqmatik reformist siyasətçilərdən sayılır. O, İran hüquq və təhlükəsizlik sisteminin ən kəskin tənqidçilərindən biri hesab edilir.

Parlamentin spikeri vəzifəsini icra edən Kərrubi 2009-cu ildə prezidentliyə namizəd olsa da, seçkinin ilk turunda üçüncü yerdə qərarlaşıb. Bundan sonra o, Mir Hüseyn Musəvi ilə birgə hökumətə qarşı təşkil edilən aksiyalara liderlik edib. Bunun da nəticəsində o, 2011-ci ildə həbs edilib və ev dustaqlığına məhkum olunub. İndiyə qədər ev dustaqlığında olan Kərrubi həmçinin son etiraz aksiyaları zamanı Xameneiyə tənqidi məktub yazaraq, onun istefa verməsini tələb etməsiylə gündəmə gəlib.

Hüseyn Kərrubiyə gəlincə isə o, atasının yaratdığı Milli Etimad Partiyasının üzvüdür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ