SON DƏQİQƏ
» » İmran Xan İranla Səudiyyə arasında vasitəçilik məqsədilə ər-Riyada gedir

İmran Xan İranla Səudiyyə arasında vasitəçilik məqsədilə ər-Riyada gedir

Tarix:

14-12-2019, 14:31

/ 894 dəfə oxundu.
İmran Xan İranla Səudiyyə arasında vasitəçilik məqsədilə ər-Riyada gedir

Pakistan baş naziri İmran Xan İranla Səudiyyə Ərəbistanı arasında vasitəçilik addımlarını davam etdirir.

GunAz.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Feysəl ötən gün keçirilən mətbuat konfransında məlumat verib.

Bildirilib ki, ölkənin baş naziri İmran Xan bu gün Səudiyyə Ərəbistanına səfər edəcək.

Pakistan rəsmisi bu səfərdən əsas məqsədin bölgədə sabitliyin bərqərar edilməsi istiqamətində addımların atılması olduğunu deyib.

Qeyd edək ki, İmran Xan carı ilin mayından indiyədək 3 dəfə Səudiyyə Ərəbistanına səfər edib. İmran Xan ötən oktyabr ayında İrana da səfər edib.

İmran Xan sentyabr ayında BMT Baş Assambleyasında iştirak edən zaman maraqlı açıqlama ilə yadda qalmışdı. Pakistan baş nazirinin sözlərinə görə ABŞ prezidenti Donald Tramp da İranla bağlı məsələlərdə onun vasitəçilik etməsini istədiyini söyləyib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ