SON DƏQİQƏ
» » Əfqanıstanın Qarabağ rayonunda Talibanın hücumunda ordunun 25 əsgəri həlak olub

Əfqanıstanın Qarabağ rayonunda Talibanın hücumunda ordunun 25 əsgəri həlak olub

Tarix:

14-12-2019, 14:24

/ 697 dəfə oxundu.
Əfqanıstanın Qarabağ rayonunda Talibanın hücumunda ordunun 25 əsgəri həlak olub

 Əfqanıstanın Qəzni əyalətinin Qarabağ adlı rayonunda Talibanın ordu sıralarına sızmış üzvlərinin hücumu nəticəsində 25 əsgər həyatını itirib.

GunAz.az xəbər verir ki, bu barədə Qəzninin hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, hücum ötən gecə ordu sıralarına sızmış şəxslərin vasitəsilə həyata keçirilib.

25 ordu əsgərinin öldürülməsindən sonra hücumu həyata keçirən 7 şəxs silahlarla birgə Taliban hərəkatına qoşulublar.

Bundan öncə Əfqanıstanın Müdafiə Nazirliyi hücum barədə açıqlama verərkən 9 əsgərin həlak olduğunu bəyan etmişdi.

Qeyd edək ki, oxşar hücumlar 2012-ci ildən artmağa başlayıb. Əfqanıstan Ordusu hərbçilərin xidmətə cəlb edilməsində bir sıra sınaqlar nəzərdə tutsa da sözügedən problem həllini tapmayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər