SON DƏQİQƏ
» » Səudiyyə Ərəbistanı gizlində İranla danışıqlar aparır - The Wall Street Journal

Səudiyyə Ərəbistanı gizlində İranla danışıqlar aparır - The Wall Street Journal

Tarix:

13-12-2019, 17:30

/ 1 768 dəfə oxundu.
Səudiyyə Ərəbistanı gizlində İranla danışıqlar aparır - The Wall Street Journal

"Səudiyyə Ərəbistanı enerji resurslarının, neft təsisatları, onun nəqliyyatı və borularının təhlükəsizliyinə görə İranla gizli danışıqlar aparır."

GunAz.az xəbər verir ki, bu barədə ABŞ-ın "The Wall Street Journal" qəzeti Səudiyyə Ərəbistanın rəsmilərinə istinadla məlumat dərc edib.

Qəzet son sayında yazıb ki, Səudiyyə Ərəbistanı gizlində İranla danışıqlar aparır və husilərlə dialoq kanallarını aktiv saxlayır.

Mənbə bildirib ki, Səudiyyə Ərəbistanı 14 sentyabr hücumlarının təkrarlanmaması üçün İranla danışıqlar aparır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ötən həftə ər-Riyadda Körfəz Əməkdaşlıq Şurasının toplantısında ərəb ölkələrini İrana qarşı bir olmağa çağırıb.

Bundan öncə isə İran prezident Həsən Ruhani körfəzdə sülh və sabitliyin qorunması istiqamətində Səudiyyə kralına məktub göndərmişdi.

Bildirək ki, iki ölkənin diplomatik əlaqələri 2015-ci ildən dayanıb. Yəmən müharibəsindən sonra iki ölkə münasibətlərində gərginlik daha da artıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər