SON DƏQİQƏ
» » İraqda iki günə yeni baş nazirin adı açıqlanacaq

İraqda iki günə yeni baş nazirin adı açıqlanacaq

Tarix:

12-12-2019, 18:10

/ 631 dəfə oxundu.
İraqda iki günə yeni baş nazirin adı açıqlanacaq

 İki günə İraqın yeni baş nazirinin adı açıqlanacaq.

GunAz.az xəbər verir ki, bu barədə İraq Parlamentinin "Fəth" siyasi cinahının mənbələri məlumat veriblər.

Bildirilib ki, prezident Bərhəm Saleh iki günə yeni baş nazirin adını açıqlayacaq.

Məlumata görə İraqın rəsmi qurumları bağlı qapılar arxasında əsasən 5 siyasətçinin baş nazirlik postuna yiyələnməsilə bağlı müzakirələr aparırlar. Onların arasında ölkənin Haşd-Şabi qüvvələrinin sədri və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Falieh əl-Fəyyad, Terrorla mübarizə idarəsinin sabiq sədri Əbdül-Vahhab əs-Saidi, sabiq səhiyyə naziri Saleh əl-Hasnavi, Salam əl-Maliki və Bəhrul-Ülum kimi siyasətçilərin adları sadalanır.

Qeyd edək ki, Adil Əbdül-Mehdi iş başına gəldikdən və etiraz aksiyalarının kütləviləşməsindən sonra istefa verib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ