SON DƏQİQƏ

“iPhone” fiziki açarla qorunacaq

Tarix:

12-12-2019, 12:20

/ 649 dəfə oxundu.
“iPhone” fiziki açarla qorunacaq

"Apple" şirkəti tərəfindən təqdim edilmiş "iOS 13.3" versiyasında fiziki təhlükəsizlik açarlarının dəstəyi sistem səviyyəsində reallaşdırılıb. Gücləndirilmiş qoruma sistemi istənilən proqram və ya "Safari" brauzerində sayt üçün aktivləşdirilə bilər.

"iOS" sisteminin yeni versiyası "USB-C", "NFC" və "Lightning" texnologiyasına malik istənilən FIDO2 standartlı qurğunu dəstəkləyir. İstifadəçilər "iPhone" və ya "iPad" cihazlarına brelok qoşaraq parol və ya SMS vasitəsilə göndərilmiş kodu daxil etmədən öz hesablarına ("Gmail", "Dropbox", "Twitter", "Outlook" və "Facebook") daxil ola biləcəklər.

Bundan başqa, yeniləmə "iOS 13" sistemində aşkar edilmiş səhvləri düzəldir. "Screen Time" funksiyasının imkanları genişləndirilib: indi telefon zənglərinin müddətinə limit müəyyənləşdirmək, "iMessage", "FaceTime" və "iCloud" kontaktları ilə ünsiyyət vaxtını məhdudlaşdırmaq mümkündür. Həmçinin "iOS 13.3" versiyası klaviaturadan "Memoji"ni gizlətməyə imkan verir.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ