SON DƏQİQƏ
» » Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

Tarix:

11-12-2019, 21:33

/ 1 791 dəfə oxundu.
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

Suriya Ordusu "M4" adı ilə tanınan beynəlxalq Hələb-Həsəka yolunu tam olaraq nəzarətə götürüb.

GunAz.az xəbər verir ki, Suriya Ordusu "M4" avtobanı boyu yeni nəzarət postları qurub və yolu tam nəzarətə götürüb.

Kürdlərin Rudaw telekanalıa da etiraf edib ki, Suriya Ordusu Hələb-Həsəka yolunu tam nəzarətə götürüb.

Həsəka əyalətindəki kürd mənbələri Suriya Ordusunun "M4"-ü tam nəzarətə götürməsindən sonra yolun açıldığı və nəqliyyat hərəkatının təmin edildiyin bildiriblər.

Qeyd edək ki, Türkiyənin Barış Pınarı əməliyyatından sonra ABŞ və separatçı kürd bölmələri Suriyanın şimal-şərqindəki bəzi mövqelərini tərk ediblər. Ərazini Rusiya hərbi polisi və Suriya Ordusu nəzarətə götürüb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ