SON DƏQİQƏ
» » Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

Tarix:

11-12-2019, 21:31

/ 1 756 dəfə oxundu.
Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

Suriya münaqişəsi tərəflərinin Qazaxstan paytaxtı Nursultanda keçirilən 14-cü toplantısı yekun bəyanat verib.

GunAz.az xəbər verir ki, ötən və bu gün Nursultanda keçirilən Suriya münaqişəsi tərəflərinin 14-cü toplantısı işinə xitam verib.

Yekun bəyanatda, Suriyanın ərazi bütövlüyü, suverenliyi və vahidliyinin qorunmasının vacib olduğu, ölkədəki məsələlərin həllində hərbi seçimlərin məqsədəuyğun olmaması vurğulanıb.

Astana-14 toplantısının yekun bəyanatında ölkədə muxtariyyət kimi hər hansı bir yeni siyasi-coğrafi varlığın yaradılması, ölkə neftinin qeyri-qanuni şəkildə daşınması pislənilib və deyilən məsələlərlə bağlı xəbərdarlıq edilib.

Bəyanat həmçinin İsrailin Suriyaya hücumunu pisləyib və ölkənin suverenliyinin və birliyinin qorunması şərtilə şimalda atəşkəs və sabitliyin qorunmasına təkidlə yanaşıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər