SON DƏQİQƏ
» » ABŞ-da əhali təşviş içində: “Ağ furqon”ların qaçırdığı qızlar...

ABŞ-da əhali təşviş içində: “Ağ furqon”ların qaçırdığı qızlar...

Tarix:

10-12-2019, 08:32

/ 1 409 dəfə oxundu.
ABŞ-da əhali təşviş içində: “Ağ furqon”ların qaçırdığı qızlar...

ABŞ-da yayılan şayiə vətəndaşlar arasında böyük təşvişə səbəb olub.

“Hürriyyət” xəbər verir ki, qorxuya düşən amerikalılar gənc qızların “ağ furqon” sürən şəxslər tərəfindən qaçırıldığına inanmağa başlayıb.

“Facebook”da yayılan şayiə ilə “ağ furqon” sürən şəxslərin ABŞ-dakı gənc qadınları seks ticarəti üçün qaçırdığı və daha sonra bədənlərinin bəzi hissələrinin satıldığı” iddia olunub.

Sözügedən iddia ilə bağlı heç bir sübut olmasa da “Facebook”dakı videolar domino effekti yaradıb. Hətta Baltimor bələdiyyəsinin sədri də “ağ furqon”larla bağlı xəbərdarlıq edib.

Bələdiyyə sədri Bernard Cek Yonq polis tərəfindən bu cür hadisələrin qeydə alınmadığını bildiyini, lakin videoların sosial şəbəkədə çox geniş yayıldığını qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ