SON DƏQİQƏ
» » Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb

Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb

Tarix:

7-12-2019, 18:30

/ 1 257 dəfə oxundu.
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb

Yunanıstan polisi, 2008-ci ildə qətlə yetirilmiş yeniyetmə Aleksis Qriqoropoulosun xatirəsinə müxtəlif şəhərlərdə keçirilən aksiya və yürüşlər zamanı iğtişaşlarda iştirak edən 77 nəfərin saxlanıldığını açıqlayıb.

GunAz.az-ın verdiyi xəbərə görə, polis ixtişaşlar zamanı 3 polis əməkdaşının yaralandığını da xəbər verir.

On beş yaşlı Qriqoropoulos 2008-ci il dekabrın 6-da Eksarxiya bölgəsində polislə gənclər arasında baş vermiş qarşıdurmada naməlum şəraitdə öldürülmüşdür. Onun ölümü ölkə daxilində iki həftəlik etirazlara və qarşıdurmalara səbəb olmuşdu. Afinada yüzlərlə mağaza dağıdılmış və məhv edilmişdi.

Hər il yeniyetmənin ölüm günündə ölkədə iğtişaşlar baş verir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ