SON DƏQİQƏ

Sidney yanğın təhlükəsi qarşısındadır

Tarix:

6-12-2019, 19:15

/ 1 809 dəfə oxundu.
Sidney yanğın təhlükəsi qarşısındadır

Cümə günü yanğınsöndürənlərin Yeni Cənubi Vels ştatında 150-yə qədər yanğınla mübarizə apardıqları bir vaxt güclü küləklər alovu yayaraq, Avstraliyanın ən böyük şəhəri olan Sidneyi təhlükə qarşısında qoyub.

Noyabr ayının əvvəlindən bəri kolluqlardan başlayan yanğınlar azı 4 nəfərin ölümünə səbəb olub və 680-dən çox evi tamamilə külə döndərib. Yanğınlar Yeni Cənubi Vels, Viktoriya, Cənubi Avstraliya və Qvinsland ştatlarında hələ də davam edir.

Avstraliyanın şərq sahillərində təxminən 150 yerdə yanğın yanğınlar davam etdiyi bir vaxt, Yeni Cənubi Vels ştatının Kənd Yanğın Xidməti komissarı Şeyn Fitzsimmons güclü küləyin alovu yayması ilə 8 yanğının təxminən 5 milyon əhalisi olan Sidneyi təhlükəyə saldığını bildirib. Şəhərin şimal-qərb bölgəsində bir neçə yanğın birləşərək, böyük bir alov kütləsi yaradıb.

Bu kimi yanğınlar Avstraliyada qeyri-adi hal deyil. Bu il yanğın mövsümü daha tez başlayıb.

Bu ölkədə 173 nəfərin ölümü, 414 adamın xəsarət alması və minlərlə evin yerlə yeksan olmasına səbəb olan ən dəhşətli yanğın 2009-cu ilin fevral ayında qeydə alınmışdı.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər