SON DƏQİQƏ
» » "İslam terrorizmi" anlayışı mövcud deyil - Ərdoğan

"İslam terrorizmi" anlayışı mövcud deyil - Ərdoğan

Tarix:

6-12-2019, 18:10

/ 748 dəfə oxundu.
"İslam terrorizmi" anlayışı mövcud deyil - Ərdoğan

Uzun müddət demokratiyanın mərkəzi hesab olunan ölkələr indi ksenofobiya və islamofobiya xəstəliyinə yoluxublar. Radikalların hərəkətlərindən yalnız  müsəlmanlar deyil, digər dinlərin nümayəndələri, o cümlədən yəhudilər də əziyyət çəkir.

GunAz.az verdiyi xəbərə görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərədəki Kembric Mərkəzi Məscidinin açılış mərasimində açıqlayıb.

Ərdoğan tarix boyu dini məkanların insanları qoruduğu bir yer olaraq qəbul edildiyini və müharibə dövründə də toxunulmaz sayıldığını vurğulayıb: "Dünyanın hər hansı bir yerində dini obyektlərə hücum edilərsə, bombalanarsa, mülki insanlar  amansızcasına qətlə yetirilərsə, bu bütün insanlıq üçün siqnal olmalıdır".

"Terrorçulardan biri müsəlmandır deyə bütün İslamı ləkələyə bilməzsiniz", o deyib.

Onun sözlərinə görə, İŞİD terrorçuları İslamın normalarını təhrif etməyə çalışıblar.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ