SON DƏQİQƏ
» » Çin ABŞ-ın Honq Konq qanununa cavab olaraq sanksiyalar tətbiq edir

Çin ABŞ-ın Honq Konq qanununa cavab olaraq sanksiyalar tətbiq edir

Tarix:

2-12-2019, 18:30

/ 1 777 dəfə oxundu.
Çin ABŞ-ın Honq Konq qanununa cavab olaraq sanksiyalar tətbiq edir

 

Çin, ABŞ-da Honq Konqla bağlı qanun qəbul edildikdən sonra bir sıra Amerika qeyri-hökumət təşkilatlarına qarşı sanksiya tətbiq etməyə qərar verib.

GunAz.az verdiyi xəbərə görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çuning məlumat verib.

Diplomatın qeyd etdiyi kimi, ABŞ "beynəlxalq hüququn və beynəlxalq münasibətlərin əsas normalarını ciddi şəkildə pozaraq" və "Çinin etirazına məhəl qoymayaraq" qanunu qəbul edib.

O həmçinin qeyd edib ki, söhbət Çinin daxili işlərinə müdaxilədən gedir.

“Pekin bununla bağlı ən kəskin şəkildə etirazını bildirib. Buna cavab olaraq Çin ABŞ-ın NDI, HRW, Freedom House kimi bir sıra qeyri-hökumət təşkilatlarına qarşı sanksiya tətbiq etmək qərarına gəlib", o deyib.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ