SON DƏQİQƏ
» » Dövlət Departamenti AB-ni Rusiya və Çindən gələn "təhdidlərə qarşı" çıxmağa çağırır

Dövlət Departamenti AB-ni Rusiya və Çindən gələn "təhdidlərə qarşı" çıxmağa çağırır

Tarix:

2-12-2019, 18:10

/ 1 293 dəfə oxundu.
Dövlət Departamenti AB-ni Rusiya və Çindən gələn "təhdidlərə qarşı" çıxmağa çağırır

ABŞ Dövlət Departamenti Avropa Komissiyasının və Avropa Şurasının yeni rəhbərliyini vəzifəyə başlaması münasibətilə təbrik edib və Rusiya, Çin və İrandan gələn “təhdidlərə” qarşı mübarizə aparmağa çağırıb.

"Birləşmiş Ştatlar Aİ liderlərinin yeni heyəti ilə ortaq maraqları inkişaf etdirmək üçün işləməyə ümid edir. Ümumi maraqlarımız ticarət əlaqələrimizin güclənməsi, Avropanın enerji müstəqilliyi və təhlükəsizliyi,  demokratik dəyərlər, o cümlədən Rusiya, Çin və İrandan gələn təhdidlərə qarşı mübarizədir", nazirlikdən verilən açıqlamada bildirilir.

GunAz.az verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti ABŞ və Avropa Birliyi arasındakı qarşılıqlı əlaqəni "dünyada yaxşılığın gücü" adlandırıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər