SON DƏQİQƏ
» » Tanınmış siyasətçi İsrail və BƏƏ-nin İraqda təhlükəli planı haqda açıqlama verib

Tanınmış siyasətçi İsrail və BƏƏ-nin İraqda təhlükəli planı haqda açıqlama verib

Tarix:

22-11-2019, 20:10

/ 1 356 dəfə oxundu.
Tanınmış siyasətçi İsrail və BƏƏ-nin İraqda təhlükəli planı haqda açıqlama verib

 İraqın tanınmış siyasətçisi İsraillə BƏƏ-nin ölkədə birgə planı haqda xəbərdarlıq edib.

GunAz.az xəbər verir ki, bu barədə tanınmış iraqlı siyasətçi İzzət Şabəndər məlumat verib.

İraqlı siyasətçinin İsrail və BƏƏ-nin ölkədə birgə planı haqda açıqlaması ölkə mətbuatında geniş şəkildə dərc edilib.

İ. Şabəndərin açıqlamasına görə İsrail İraqdakı planını BƏƏ-nin dəstəyi ilə həyata keçirmək istəyir.

Belə ki, BƏƏ və İsrail İraqın əl-Ənbar əyalətində 4 yerli qəbiləni silahlandırmaq və beləcə əyalətin ölkədən ayrılmasına və konfederativ bölgə olmasını təmin edə bilən hərbi silahlı qüvvələri ərsəyə gətirmək istəyir. Məlumata görə İraqda etiraz aksiyalarının başlaması və davam etməsi bu planın gerçəkləşməsini sürətləndirə bilər.

İ.Şabəndərin açıqlamasına görə, Bu plan ABŞ-ın Fələstin-İsrail razılaşması ilə bağlı həyata keçirmək istədiyi “Əsrin sazişi” planının bir hissəsidir. Məlumata görə yeni yaranacaq əl-Ənbar bölgəsində fələstinli qaçqınların yerləşdirilməsi də plana uyğun həyata keçirilməlidir.

Qeyd edək ki, İzzət Şabəndər bundan sonra BƏƏ-ə səfəri zamanı saxlanılıb. Onun rəsmi twitter səhifəsində saxlanılması təkzib edilsə də, siyasətçinin BƏƏ-də sərbəst və azadlıqda olması haqda dəqiq məlumat yoxdur.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ