SON DƏQİQƏ

Hələb atəşə tutulub: 5 nəfər ölüb

Tarix:

21-11-2019, 23:42

/ 834 dəfə oxundu.
Hələb atəşə tutulub: 5 nəfər ölüb

Suriyanın Hələb şəhərinin yaşayış məntəqələrinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 30-dan çox insan yaralanıb.

GunAz.az Trend-ə istinadən bildirir ki, bu barədə məhkəmə tibbi ekpertizasında yerli mənbə bildirib.

Daha əvvəl "Sham FM" radiosu 3 nəfərin ölməsi və bir neçə nəfərin yaralanması barədə məlumat verib.

Bildirilir ki, Hələbin bir neçə rayonunun terrorçular tərəfindən atəşə tutulması nəticəsində qadın və uşaq da daxil olmaqla 5 nəfər ölüb, 31 nəfər yaralanıb.

Hələbin qərbindəki ərazilər - Aazamiya və Salah-Din, eləcə də şəhər mərkəzindəki Cəmiliya rayonu atəşə tutulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ