SON DƏQİQƏ
» » Suriyanın şimalında ordu və qruplaşmalar yenidən qarşılıqlı hücuma keçiblər, 20 ölü var

Suriyanın şimalında ordu və qruplaşmalar yenidən qarşılıqlı hücuma keçiblər, 20 ölü var

Tarix:

21-11-2019, 19:50

/ 1 256 dəfə oxundu.
Suriyanın şimalında ordu və qruplaşmalar yenidən qarşılıqlı hücuma keçiblər, 20 ölü var

Suriyanın Hələb əyaləti, xüsusilə də əyalətin inzibati mərkəzi və Türkiyə ilə sərhəd bölgələri qarşıdurmaların şahidi olub.

GunAz.az  xəbər verir ki, ötən gecə qruplaşmalar Hələb şəhərinin müxtəlif bölgələrinə beşdən çox raket atıblar.

Bu hücumda yaralananların olduğu bildirilir.

Eyni saatlarda Suriya hökumətinin nəzarətindəki bölgələrdən şimalda müxalifətin nəzarətində olan bir düşərgəyə raketlər atılıb. Müxalifətin media qurumu olan "Suriya İnsan Hüquqları Müşahidə Qrupu"nun məlumatına əsasən, burada 12-i qadın və uşaqlar olmaqla 16 nəfər həyatını itirib.

Qarşıdurmalar İdlib əyalətinin cənubunda əz-Zərzur və əl-Muşayrifa bölgələrində də davam edib. Burada Suriya Ordusu və Rusiya HHQ-i "ən-Nusra Cəbhəsi" terror təşkilatının tabeçiliyindəki qafqazlılardan ibarət "Əcnadul-Quqaz" birləşməsinin mövqelərinə hava zərbələri endiriblər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ