SON DƏQİQƏ
» » İsrail qüvvələri İordan çayının qərbində 8 fələstinlini həbs edib

İsrail qüvvələri İordan çayının qərbində 8 fələstinlini həbs edib

Tarix:

21-11-2019, 19:30

/ 1 297 dəfə oxundu.
İsrail qüvvələri İordan çayının qərbində 8 fələstinlini həbs edib

 İsrail qüvvələri bu gün sübh işğal altında qalan İordan çayının qərb sahilində 8 fələstinlini həbs edib.

GunAz.az bu barədə Fələstin Media Mərkəzinə istinadla məlumat verir.

Bildirilib ki, İsrail qüvvələri bu gün sübh işğalda olan İordan çayının qərb sahilinin müxtəlif bölgələrində basqınlar həyata keçirərək, 8 fələstinlini həbs edib.

Qeyd edək ki, İordan çayının qərb sahili 1967-ci ildə işğal edilib. İsrail 4-5 milyon fələstinlinin yaşadığı bu bölgədə 80-dən artıq yəhudi yaşayış massivi salıb. Son günlərdə ABŞ-ın bu yaşayış massivlərinin tikilməsinin qanuni olduğunu bildirməsindən sonra, eləcə də İsrailin bu bölgədə yerləşən İordan vadisini ölkə ərazisinə qatması çabasından sonra gərginlik artıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ