SON DƏQİQƏ
» » İranın təhlükəsizlik qurumları aksiyalardan sui-istifadə edən iğtişaşçılara xəbərdarlıq edib

İranın təhlükəsizlik qurumları aksiyalardan sui-istifadə edən iğtişaşçılara xəbərdarlıq edib

Tarix:

18-11-2019, 20:50

/ 557 dəfə oxundu.
İranın təhlükəsizlik qurumları aksiyalardan sui-istifadə edən iğtişaşçılara xəbərdarlıq edib

İranda benzinin bahalaşmasından sonra bir sıra əyalət və şəhərlərdə aksiyalar və etirazlar fonunda iğtişaşlara yol verilməsinə görə ölkə polisi və Kəşfiyyat Nazirliyi xəbərdarlıq edib.

GunAz.az İRNA-a istinadla xəbər verir ki, bu barədə İran polisi, həmçinin ölkənin Kəşfiyyat Nazirliyi bəyanat verib.

Bildirilib ki, etirazlardan sui-istifadə edən iğtişaşçılar haqqında tədbirlər görüləcək.

Qeyd edək ki, ötən həftə İranda dövlətin əhaliyə subsidiya proqramı çərçivəsində satdığı benzinin qiyməti 1500 tümən , sərbəst satılan benzinin qiyməti isə 3000 tümənə qalxıb.

Bundan sonra ölkənin bir sıra şəhərlərində etirazlar və aksiyalar keçirilib.

Bəzi şəhərlədə toqquşmalar və iğtişaşlar baş verib.

Qeyri rəsmi mənbələr bu toqquşmada ölənlərin olduğunu bildirir. FarsNews-un məlumatına görə, "yüzlərlə iğtişaşçı saxlanılıb."

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ