SON DƏQİQƏ

Ölkələrin qəribə toy adətləri

Tarix:

15-11-2019, 22:55

/ 816 dəfə oxundu.
Ölkələrin qəribə toy adətləri

Hər eldə toy kimi gözəl adət var, bəs fərqlilikləri nələrdir? Bu məqaləmizdə biləcəksiniz.

Çin

Çində evlənmək istəyən insanlar əvvəlcə bir astroloqa müraciət edərək doğum xəritələrinə görə evliliklərində bir maneə olub-olmayacağını müəyyənləşdirirlər.

Pakistan

Digər qəribə toy adətləri olan ölkə Pakistandır. Burada gəlinin ailəsi bəyə dişinin dibindən çıxanı deyir. Bu təhqiramiz sözlər qarşısında bəy nə qədər səbirli olsa gəlinə o qədər layiq olmuş olur.

Afrika

Afrikanın bir çox bölgəsində hökm sürən adətə görə kişi qadınla evlənmək istəyirsə qadına çoxlu pul və fıstıq verməlidir.

İngiltərə

İngiltərənin ən qədim ritualı kilsə zəngini çalaraq bütün pis ruhları dəf etməkdir. Gəlin və bəy kilsəyə girərkən zənglər çalınmağa başlayır və cütlüklərə müxtəlif çiçək ləçəkləri atılır.

İrlandiya

İrlandiyada isə ilk rəqs zamanı gəlin ayağını yerdən qaldırmamalıdır. Əgər ayağını qaldırsa inanca görə şərə xidmət edən pərilər gəlini qaçırırlar.

İspaniya

Burada gəlinin atası bəyə saat hədiyyə edir. Bəy gəlinə “arras” adlandırılan 13 ədəd qızıl verməlidir. Bu qazanacaqları bütün şeylərin ortaq istifadəsində atılan ilk addım hesab olunur.

Yunanıstan

Yunanıstandakı qəribə toy adəti gəlinlərin qırmızı və sarı rəngdə örtük taxmalarıdır. Bunda məqsəd isə pis ruhları qovmaqdır.

İsrail

Musəvilərin maraqlı inancına görə toylarda içi şüşə parçaları ilə dolu bez tapdalanır. Bunun məqsədi Qüdsdə yerləşən müqəddəs məbədin yox olmasını anmaqdır. Toylarda qırdıqları şüşələrin çeşid və ölçüsünə görə xoşbəxtlik və kədər ayırd edilir.

Bəs siz ölkəmizdə olan hansı qəribə toy adətlərini göstərə bilərsiniz? Fikirlərinizi şərhlərdə bizimlə bölüşün.

GunAz.az

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ