SON DƏQİQƏ
» » Ayətullah Sistani iraqlı aksiyaçıları xarici müdaxiləyə imkan verməməyə çağırıb

Ayətullah Sistani iraqlı aksiyaçıları xarici müdaxiləyə imkan verməməyə çağırıb

Tarix:

15-11-2019, 17:50

/ 768 dəfə oxundu.
Ayətullah Sistani iraqlı aksiyaçıları xarici müdaxiləyə imkan verməməyə çağırıb

"İraqlıların islahat mübarizəsi millidir və ölkə xalqına məxsusdur. Bunun yükü iraqlıların çiynindədir. Onlar xarici qüvvələrin müdaxiləsinə imkan verməməlidirlər. Xarici müdaxilələr qarşılıqlı şəkildə baş verərsə və ölkə xarici qüvvələrin mübarizəsi meydanına və bir-birilə hesablaşması bölgəsinə çevrilərsə, o zaman ən çox ziyan görən İraq xalqı olacaq."

GunAz.az Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Ayətullah Sistaninin dəftərxanasının bəyanatında deyilib.

Ayətullah Sistaninin nümayəndəsi Şeyx Əhməd əs-Safi bu gün Kərbəlada cümə namazı xütbələrində müctəhidin dəftərxnasının İraqdakı aksiyalar və iğtişaşlarla bağlı yeni mövqeyini qiraət edib.

Ayətullah Sistani bəyanatın bir hissəsində aksiyaçılrdan istəyib ki, xarici müdaxilələrin baş tutmasına imkan verməsindlər.

Eyni zamanda müctəhid İraq hökumətindən islahatları həyata keçirməyi tələb edib və tələb edilən addımların gecikməsinə görə hökumətə də tənqidlər ünvanlayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ