SON DƏQİQƏ
» » İsrail və fələstinli hərəkatlar atəşkəs elan ediblər

İsrail və fələstinli hərəkatlar atəşkəs elan ediblər

Tarix:

14-11-2019, 19:30

/ 938 dəfə oxundu.
İsrail və fələstinli hərəkatlar atəşkəs elan ediblər

Misirin vasitəçiliyi ilə İsrail və fələstinli hərəkatlar atəşkəs elan ediblər.

GunAz.az xəbər verir ki, bu gün sübh saatlarından başlayaraq İsrail və fələstinli hərəkatlar atəşkəs rejiminə daxil olduqlarını bildiriblər.

Məlumata görə atəşkəs Misirin vasitəçiliyi ilə baş tutub.

Qeyd edək ki, cari ayın 12-i gecəsi İsrail eyni zamanda Dəməşqə və Qəzzaya hava zərbələri endirərək, Fələstinin "İslami Cihad Hərəkatı"nın iki komandirini terror etmək istəyib. İsrail yalnız Qəzzaya endirdiyi hava zərbələrində istəyinə nail olub və burada hərəkatın hərbi qanadı "Səraya əl-Qüds"ün komandiri Bəha Əbul-Əta və onun ailəsi həyatlarını itiriblər. 

İki gün ərzində İsrailin hava zərbələri nəticəsində Qəzzada 32 nəfər həlak olub və yüzdən çox yaralanıb. Fələstinli hərəkatlar cavab olaraq İsrailə 300 civarında raket atıblar.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ