SON DƏQİQƏ
» » Tunis, İran və İordaniya fələstinli hərəkat liderinin terror ediməsinə münasibət bildiriblər

Tunis, İran və İordaniya fələstinli hərəkat liderinin terror ediməsinə münasibət bildiriblər

Tarix:

13-11-2019, 17:50

/ 684 dəfə oxundu.
Tunis, İran və İordaniya fələstinli hərəkat liderinin terror ediməsinə münasibət bildiriblər

İran, İordaniya və Tunisin Xarici İşlər Nazirlikləri Fələstinin "İslami Cihad Hərəkatı"nın hərbi qanadı "Səraya əl-Qüds"ün komandiri Bəha Əbul-Ətanın terror edilməsi barədə bəyanat veriblər.

GunAz.az əl-Aləmə istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi ötən gün "İslami Cihad Hərəkatı"nın komandiri Bəha Əbul-Ətanın İsrail tərəfindən terror edilməsini kəskin pisləyib.

Tunis və İordaniya Xarici İşlər Nazirlikləri də hadisə ilə bağlı bəyanat verərək, İsrailin terror siyasətinin bu ölkəyə təhlükəsizliyi gətirməyəcəyini bildiriblər.

Qeyd edək ki, İsrail cari ayın 12-də eyni zamanda Dəməşqə və Qəzzaya hava zərbələri endirərək, "İslami Cihad Hərəkatı"nın iki komandirini terror etmək istəyib. İsrail yalnız Qəzzaya endirdiyi hava zərbələrində məqsədinə çata bilib.

скачать dle 12.1

Şərhlər