SON DƏQİQƏ

İslami-Cihad komandiri öldürüldü

Tarix:

12-11-2019, 13:39

/ 307 dəfə oxundu.
İslami-Cihad komandiri öldürüldü

İsrail ordusu Qəza sektorunda İslami-Cihad qruplaşmasının komandiri Bahə Əbu əl-Atanın olduğu evə zərbə endirib.

GunAz.az  xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən informasiya yayılıb.

Məlumata görə, zərbə ötən gecə endirilib.

Zərbə İsrail ordusunun Baş Qərargah rəisi və Təhlükəsizlik Xidməti direktoru tərəfindən tövsiyə edilib, həmçinin Baş nazir və Müdafiə naziri tərəfindən təsdiqlənib.

Fələstinin Səhiyyə Nazirliyinin məlumata görə, İsrail ordusunun endirdiyi zərbə zamanı 2 nəfər həlak olub. Onlardan biri İslami-Cihad komandiridir.

Bahə Əbu əl-Atanın ölməsini İslami-Cihad qruplaşması da təsdiqləyib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər