SON DƏQİQƏ
» » Türkiyə XİN vətəndaşlarını Boliviyaya səyahət etməməyə çağırıb

Türkiyə XİN vətəndaşlarını Boliviyaya səyahət etməməyə çağırıb

Tarix:

12-11-2019, 18:10

/ 1 786 dəfə oxundu.
Türkiyə XİN vətəndaşlarını Boliviyaya səyahət etməməyə çağırıb

Türkiyə Xarici İşlər Nazirliyi, 20 oktyabr seçkilərindən sonra Boliviyadakı qeyri-sabit vəziyyətlə bağlı ölkə vətəndaşlarını by ölkəyə səyahət etməkdən çəkinməyi  tövsiyə edir.

GunAz.az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Boliviyada baş verən son hadisələr ölkə daxilində, xüsusən də paytaxt La Paz, Potosi, Sukre, Koçabambe, El Alto və Oruroda etirazlara səbəb olub.

“Boliviyada yaşayan və ya bu ölkəyə ticarət və ya turizm məqsədi ilə gedən Türkiyə vətəndaşlarını etiraz nümayişlərinin keçirildiyi yerləri ziyarət etməkdən çəkinməyə çağırırıq. Vətəndaşları yerli mediadakı məlumatları izləmələrini və Türkiyənin La Pazdakı səfirliyi ilə əlaqə yaratmalarını da tövsiyə edirik", xəbərdarlıq mətnində deyilir.

скачать dle 12.1

Şərhlər