SON DƏQİQƏ
» » Müqtəda Sədr İraqın daxili məsələlərinə müdaxiləyə görə ABŞ-a xəbərdarlıq edib

Müqtəda Sədr İraqın daxili məsələlərinə müdaxiləyə görə ABŞ-a xəbərdarlıq edib

Tarix:

12-11-2019, 17:50

/ 1 255 dəfə oxundu.
Müqtəda Sədr İraqın daxili məsələlərinə müdaxiləyə görə ABŞ-a xəbərdarlıq edib

"Biz icazə verməyəcəyik ki, ABŞ ölkədəki etiraz dalğasına nəzarət etsin. ABŞ İraqın daxili məsələlərinə müdaxilədən əl çəkməlidir. İraqa korrupsionerləri də elə ABŞ öz işğalı ilə cəlb edib. Biz ABŞ-a İraqı ikinci Suriyaya döndərməyə icazə verməyəcəyik. Əgər ABŞ tərəfindən yenidən müdaxilə baş versə bizim əmrimizlə milyonlarla vətəndaşdan ibarət kütlə onların işğalına son qoyacaq."

GunAz.az xəbər verir ki, bunu İraqın tanınmış dini-siyasi xadimi, ölkə parlamentində ən böyük siyasi cihan hesab edilən "Sairun" fraksiyasının lideri Müqtəda Sədr rəsmi twitter səhifəsində deyib.

Müqtəda Sədr ABŞ-ın İraqla bağlı son bəyanatına toxunaraq, rəsmi Vaşinqtona ölkənin daxili məsələlərinə müdaxilə etmək haqda xəbərdarlıq edib.

Qeyd edək ki, Ağ Ev İraq hökumətini növbədənkənar seçkilər keçirməyə, aksiyaçılara qarşı zorakı addımları dayandırmaq və interneti bərpa etməyə çağırıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ