SON DƏQİQƏ
» » İran ABŞ-a cavab olaraq Fordo nüvə reaktorunu tam şəkildə işə saldığını bildirib

İran ABŞ-a cavab olaraq Fordo nüvə reaktorunu tam şəkildə işə saldığını bildirib

Tarix:

7-11-2019, 17:35

/ 1 266 dəfə oxundu.
İran ABŞ-a cavab olaraq Fordo nüvə reaktorunu tam şəkildə işə saldığını bildirib

 İran noyabr ayının səkkizində Fordi nüvə reaktorunda uranın zənginləşdirilməsinin 4.5 dərəcəyə çatdırılacağını bildirib.

GunAz.az FarsNews-a istinadla xəbər verir ki, bunu İranın Atom Enerjisi Agentliyinin mətbuat katibi Behruz Kəmalvəndi deyib.

İran rəsmisi bu gün verdiyi açıqlamada deyib ki, sabah Fordo tam olaraq işə salınacaq və burada uranın zənginləşdirilməsi 4.5 dərəcəyə çatacaq.

Onun sözlərinə görə burada 4 mindən çox sentrifuqa "Uf6" qazı ilə təmin edilib.

Qeyd edək ki, İran nüvə sazişindəki öhdəliklərini azlatmaq fonunda 4-cü addımda Nətənz nüvə stansiyasında da yeni nəsil sentrfuqa cihazları quraşırıb və işə salıb. 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ