SON DƏQİQƏ
» » Tuba Büyüküstünə BÖYÜK ŞOK - Sevgilisi Parisə qaçdı

Tuba Büyüküstünə BÖYÜK ŞOK - Sevgilisi Parisə qaçdı

Tarix:

5-11-2019, 16:05

/ 1 790 dəfə oxundu.
Tuba Büyüküstünə BÖYÜK ŞOK - Sevgilisi Parisə qaçdı

Məşhur aktrisa Tuba Büyüküstünün sevgilisi Umid Evirgen dostu Əli Akını döyüb.

Onlar arasında dava Ümidin "Gizli kalsın" adlı restoranında baş verib.

İş adamının sözlərinə görə, içki içdikləri zaman Evirgen heç bir səbəb olmadan mübahisə etməyə və onu söyməyə başlayıb. Dostunun zarafat etdiyini düşünən Akın heç bir cavab verməyərək məkanı tərk edib.

Bir müddət sonra geri qayıdan Əli Akın Umut Evirgendən niyə haqsız yerə söyüldüyünü soruşduqda bu dəfə sərt cavabla qarşılaşıb. Onlar arasındakı davaya Ümid Evirgenin 5 mühafizəçisi də qoşularaq Akına dəfələrlə zərbələr endiriblər.

Müxtəlif bədən xəsarətləri alan Əli Akın xəstəxanaya yerləşdilib. Onun başının müxtəlif yerlərindən zədə aldığı və burnunun sındığı müəyyən edilib.

İstanbul Respublika Prokurorluğu hadisə ilə əlaqədar istintaqa başlayıb. Ümid Evirgen və cangüdənlərinə qarşı ittiham aktı tərtib edilib.

Həbs olunması barədə qərar verilən Ümid Parisə qaçıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ