SON DƏQİQƏ
» » Adını tarixə qızıl hərflərlə yazdıran itlər

Adını tarixə qızıl hərflərlə yazdıran itlər

Tarix:

5-11-2019, 16:01

/ 1 993 dəfə oxundu.
Adını tarixə qızıl hərflərlə yazdıran itlər

İtlər insanların dostu olduqlarını dəfələrlə əməlləri ilə isbat ediblər. O qədər sadiqdirlər ki, müdafiə və güvənmək kimi sahələrdə də onlardan yararlanırlar. 

GunAz.az bildirir ki, bu heyvanların ibrət dolu hekayəsi zaman-zaman rejissorlar və yazarlara da ilham verib.

Golden Retriver cinsindən olan Ledi, 81 yaşlı sahibi Parley Nikolsun sağ qolu idi. Onlar həmişə bir yaşayıb və heç vaxt ayrılmayıblar. Yaşla bağlı yaddaş problemi yaşayan Nikols Ledi ilə birgə itmişdi. Polislər onları 1 həftə sonra tapıblar. Bədbəxtlikdən, Nikols infartk keçirərək vəfat etmişdi artıq, ancaq sadiq Ledi onun başından bir an belə ayrılmamışdı. Nikolsun ölümündən sonra övladları Lediyə sahibləniblər.

ABŞ-da yaşanan 11 sentyabr hadisəsində qəribə bir hal baş verib. Hücum zamanı ticarət mərkəzininn 71-ci mərtəbəsində olan iti Dorada ilə işləyən görmə qüsurlu Ömər Eduardo Rivera o anları belə xatırlayıb: "Hadisə baş verərkən aşağı düşməyin çətin olacağını bildim. İtimi xilas etmək üçün zəncirini açdım ki, qaçsın. Ancaq aşağı düşərkən pilləkənlərdə məni gözləyən Doradanı hiss etdim. Mən həyatımı ona borcluyam".

Çinli Lao Pan 2001-ci ildə öldükdən sonra birlikdə yaşadığı balaca iti həftələrlə onun məzarının başından ayrılmayıb. 7 gün heç nə yemədən orda gözləyib. İti məzardan kənarlaşdırmağı bacarmayan qonşular, çarəni ona yemək gətirməkdə görüblər. Hətta məzarın yanında ona daxma tikməyi belə düşünüblər.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ