SON DƏQİQƏ
» » Kislavodski şəhərinin müasir “Köhnə Bakı”sı-FOTOLAR

Kislavodski şəhərinin müasir “Köhnə Bakı”sı-FOTOLAR

Tarix:

5-11-2019, 11:45

/ 2 236 dəfə oxundu.
Kislavodski şəhərinin müasir “Köhnə Bakı”sı-FOTOLAR

Rusiyadakı “Köhnə Bakı” adlı kafe maraqlı dizaynı və milli ornamentli interyeri ilə görənləri heyran edir…

Rusiyanın məhşur turzim mərkəzlərindən olan Kislavodski şəhərində yaşayan tanınmış azərbaycanlı iş adamı Mehman Cəfərov maraqlı bir layihə reallaşdırıb.Həmyerlimiz Azərbaycannın milli ornamentlərinindən və milli mədəniyyət nümunələrindən ibarət “Köhnə Bakı”-“Starıy Baku” adlı kafe açıb.Bu kafe-restoran fərqli memarlıq üslubu və xüsusi interyerə malik daxili görnüşü ilə diqqət çəkir.Adıçəkilən obyekt təkcə kafe-restoran kimi faəliyyət göstərmir,bura həm də azərbaycanlıların sanki bir mədəiyyət mərkəzidir.Belə ki,kafe başdan-ayağa Azərbaycanın qədim sənətkarlıq nümunələri,qədim musiqi alətləri və əl işləri ilə bəzədilib.Bir sözlə,bura sanki Azərbaycan muzeyidir.

 

Kislavodski şəhərinin müasir “Köhnə Bakı”sı-FOTOLAR

 

 GunAz.az-ın suallarını cavablandıran iş adamı Mehman Cəfərov bildirib ki,Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir.Və biz burada təqdim etdiyimiz məhsulların hər birini,hətta ət və ət məhsulları, müxtəlif çeşidli ağartı məhsullarını belə “Made in Azərbaycan” adı altında təqdim edirik.Hansı ki,həmin məhsullar ən yüksək keyfiyyətli və təbii məhsullarımızdır.  Bunu kafemizin qonağı olan və bu nemətlərdən dadan hər bir kəs təsdiq edir.

Kislavodski şəhərinin müasir “Köhnə Bakı”sı-FOTOLAR

Müsahibə zamanı iş adamı Mehman Cəfərov onu da vurğulayıb ki,kafedə  bütün millətlərdən olan müştərilərə Azərbaycan mətbəxinin müxtəlif regionlarına məxsus unikal yeməkləri də tədim olunur.Bununla da biz təkcə qazanc əldə etmirik,həm də mətbəximizə sahiblənmək istəyən mənfurlara qarşı əks təbliğat aparırıq.Və göstəririk,izah edirik ki,bu yemək Azərbaycanın hansı bölgəsinə məxsusdur,hazırlanma texnologiyası necədir,adının mənası nədir.Plov,piti,buğlama,yarpaq dolması,xaş,qovurma,xəngəl,sürfüllü,basdırma və s.

İş adamı Mehman Cəfərovun sözlərinə görə,Kislavodski şəhəri Rusiyanın ən öndə gedən,ən tanınmış turizm şəhərlərindən biri olduğunu nəzərə alsaq,buraya dünyanın müxtəlif ölkələrindən xeyli sayda əcnəbilərin gəldiyini görərik.Məhz bu nöqteyi-nəzərdən bizim kafenin qonaqları içərisində Rusiya sərhədlərindən kənarda yaşayan yüzlərlə turist gəlir.Və bizim kafenin divarlarından asılan Azərbaycanın milli musiqi alətləri-tar,kaman,qaval və s. dərhal onların diqqətini cəlb edir.Bu zaman təyin etdiyimiz xüsusi əməkdaş sanki bir bələdçi kimi,bir gid kimi musiqi alətlərimizin tarixi,etnoqrafiyası haqqında qonaqlara ətraflı məlumat verir.Bununla da biz milli-ideoloji baxımdan kiçik də olsa bir missiyanı yerinə yetirmiş oluruq.

Kislavodski şəhərinin müasir “Köhnə Bakı”sı-FOTOLAR

 

Kislavodski şəhərinin müasir “Köhnə Bakı”sı-FOTOLAR

Kislavodski şəhərinin müasir “Köhnə Bakı”sı-FOTOLAR

 

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ