SON DƏQİQƏ
» » Avropada ən böyük üzən elektrik stansiyadan ilk cərəyan nəql edilib

Avropada ən böyük üzən elektrik stansiyadan ilk cərəyan nəql edilib

Tarix:

19-10-2019, 18:53

/ 1 301 dəfə oxundu.
Avropada ən böyük üzən elektrik stansiyadan ilk cərəyan nəql edilib

Avropada nəhəng üzən günəş elektrik stansiyasından ilk cərəyan nəql edilib. 
GunAz.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Agentliyin xəbərində qeyd olunur ki, Fransanın Pyolenk şəhərinin (Voklüz departamenti) yaxınlığında yerləşən bu stansiya 50 hektarlıq süni gölün 17 hektarını tutur. Burada günəş enerjisi ilə işləyən 47 min batareya quraşdırılıb. İldə 17 meqavat enerji istehsal edəcək bu stansiya 10 min sakinin yaşadığı 4,7 min mənzili elektriklə təmin edəcək. Bu elektrik enerjisi əhaliyə ekoloji təmiz məhsul qarantiyası ilə satılacaq.
Qeyd olunur ki, Fransada olan bu obyekt yalnız Çində yerləşən günəş elektrik stansiyasından geri qalır. Belə ki, çinlilərin üzən günəş elektrik stansiyası 86 hektar ərazini əhatə edir ki, bu da 120 futbol meydançasının sahəsinə bərabərdir.
N.SAFURA
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ