SON DƏQİQƏ
» » Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

Tarix:

19-10-2019, 20:30

/ 1 283 dəfə oxundu.
Hizbullah lideri Livanda 3 gündür davam edən etiraz aksiyalarına münasibət bildirib

 Hizbullah lideri Livanda etiraz aksiyaçılarının tələblərinin haqlı olduğunu, aidiyyatı qurumların əlavə vergi tətbiq etməklə əhalinin vəziyyətini çətinləşdirmələrinin əleyhinə olduğunu bildirib. Hizbullah lideri etirazçıların tələblərinin haqlı olmasına baxmayaraq, baş nazir Səd əl-Həriri hökumətinin istefaya getməsinin əleyhinə olduğunu bildirib.

GunAz.az əl-Məyadinə istinadla xəbər verir ki, Hizbullah lideri Həsən Nəsrullah Ərbəin günü ilə bağlı bu günkü çıxışında Livanda 3 gündür baş qaldırmış etiraz aksiyalarına münasibət bildirib.

Hizbullah lideri bu çıxışında etirazçıların iqtisadi vəziyyətlə bağlı tələblərinin haqlı olduğunu bildirib və hökuməti əlavə vergilər tətbiq etməkdən çəkinməyə çağırıb.

Hizbullah lideri bu çıxışında etirazçıları təmkinli olmağa çağırıb. H.Nəsrullah bildirib ki, etirazçıların mesajı hökumətə çatıb və onlar vergi tətbiq etmək qərarlarından dönüblər.

Eyni zamanda Həsən Nəsrullah ABŞ və Səudiyyə Ərəbistanının dəstəklədiyi baş nazir Səd əl-Həririnin istefaya getməsinin də əleyhinə olduğunu bildirib. Hizbullah liderinin sözlərinə görə hökumət istefa versə və yeni teknokrat hökumət təsis edilsə iki həftə belə davam gətirə bilməz. O siyasi rəqabət və şəkişmələr üçün dövlətin və ölkənin qarşısında vaxtın qalmadığını deyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ