SON DƏQİQƏ
» » “Putin Ərdoğanın xeyrinə oynayır” – Suriyada müəmmalı oyun

“Putin Ərdoğanın xeyrinə oynayır” – Suriyada müəmmalı oyun

Tarix:

17-10-2019, 15:36

/ 1 879 dəfə oxundu.
“Putin Ərdoğanın xeyrinə oynayır” – Suriyada müəmmalı oyun

"ABŞ-ın geri çəkilməsi sayəsində Rusiya prezidenti özünü Dəməşq, Vaşinqton və Ankaranı tərk edilmiş kürdlər arasında bir nömrəli vasitəçi kimi tanımağa məcbur etdi”.

Bu barədə Fransanın "Le Figaro” nəşri yazıb.

Fransız nəşri Rusiyanın bölgədəki böhranın həllində əsas söz sahibinə çevrildiyinə diqqət çəkir:

"Putin bu böhranda bir nömrəli vasitəçi oldu, çünki Birləşmiş Ştatlar döyüş bölgəsini tərk etdi və bu, bütün iştirakçılara təsir göstərdi. Suriyalı politoloq Samir Altaki hesab edir ki, ölkənin şimalındakı müharibənin qarşısını almaq istəyiriksə, Rusiya vasitəsilə hərəkət etməliyik”.

Rusiyalı politoloq Aleksandr Şumilin isə Rusiya Prezidenti Vladimir Putinin türk həmkarının xeyrinə oynadığını iddia edib:

"Putinin Rəcəb Tayyib Ərdoğanın əlinə oynaması təəccüblüdür”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ