SON DƏQİQƏ

Gürcüstanda çörək bahalaşıb

Tarix:17-10-2019, 13:05 Oxunub:647

Bu il Gürcüstanda çörək 10 tetri (5,7 qəpik) bahalaşıb.
GunAz.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Çörək Sənayesi İttifaqının rəhbəri Malxaz Dolidze bildirib.
Onun sözlərinə görə, bahalaşma əsasən çörək hazırlanmasında istifadə edilən xammalın və digər köməkçi məhsulların qiymətindəki artım fonunda baş verib.
"Bu il çörəyin qiymətində 10 tetri artım olub. Bildiyimiz kimi, dünya bazarında buğdanın və unun qiyməti dəyişib, bu da çörəyin qiymətində özünü göstərir. Köməkçi materiallar alırıq və hər şey bahadır", - deyə M. Dolidze bildirib.
O həmçinin qeyd edib ki, hazırda ölkədə unun qiyməti sabitdir və çörəyin yenidən bahalaşması gözlənilmir.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<