SON DƏQİQƏ

Daniel Svarovskinin bioqrafiyası

Tarix:

17-10-2019, 12:18

/ 1 100 dəfə oxundu.
Daniel Svarovskinin bioqrafiyası

Məqaləmizdə Daniyel Svarovskinin bioqrafiyası və nəfis kristal daşları ilə məşhurlaşmış “Swarovski” şirkətinin tarixini paylaşacağıq. İxtira və möhtəşəm nailiyyət haqqında uğur hekayəsindən zövq almaq ümüdi ilə!

Daniyel Svarovski (24.10.1862 – 23.01.1956) elitar cəmiyyətin brilyanta bənzədilmiş kristal daşlara qarşı sevgisini oyatmış insandır. Daniel Svarovski sələfi Corc Frederik Strassdan fərqli olaraq kristal daşları brilyant daşlar kimi təqdim etmir və daşların kristal olduğunu heç vaxt gizlətmirdi. Corc Frederik Strass Svarovskinin gələcək uğurunu təxmin edə bilsəydi heç vaxt insanları aldatmazdı.

Daniel Svarovski 1862-ci il 24 oktyabr tarixində Şimali Bohemiyada (əvvəllər Avstriya-Macarıstan imperiyasına məxsus olan ərazi) kiçik kənd olan Corcental kəndində dünyaya gəlmişdir. Qeyd etməliyik ki, həmin yer gələcək ustadın yetişməsi üçün olduqca əlverişli olmuşdur. Beləki, Şimali Bohemiya kristal şüşə ustadları ilə məşhur idi. Daniel Svarovskinin ailə üzvləri də şüşə emalı ilə məşğul idilər. Danielin atasının kiçik emalatxanası vardı və kiçik bizneslə Svarovski ailəsi nüfuz içində olmasa da dolanırdılar. Baxmayaraq ki, Daniel atasına biznesini idarə etməkdə kömək edirdi, o, həmişə musiqiyə həvəs göstərərək, skripkaçı olmaq istəyib.

Əfsuslar olsun ki, Daniel skripkaçı olmaq arzusuna çatmadı və təhsilini davam etdirmək üçün Parisə yollandı. Orada gələcək kristal ustadının həyatında dönüş olacaq hadisələr baş verir. Beləki, Svarovski “İlk elektrotexniki məhsulların sərgisi”-də iştirak edərək şüşənin cilalanması və emalı üçün avadanlıq və texnologiyaları kəşf edir.

İllər ötdü və “İlk elektrotexniki məhsulların sərgisi”-dən 10 il keçəndən sonra Svarovski özünün ilk elektrik şüşə cilalayan maşınını ixtira etdi. İxtirasından sonra Daniel anladı ki, özünü sahibkarlıqda da sınamalıdır. Sahibkarlıq üçün onun doğma yurdu uyğun gəlsə də Daniel yurduna qayıtmaq istəmirdi. Beləki, Şimali Bohemiyada Daniel üçün rəqabət yarada biləcək rəssamlar və ustalar çoxluq təşkil edirdi. Buna görə də sahibkarlıq planını reallaşdırmaq üçün Daniel Svarovski Avstriyaya yollanaraq 1895-ci ildə orada emal zavodunu açır.

Bunun ardınca elə həmin ildə Svarovski şirkəti görünüşcə qiymətli daşlara bənzər kristal daşlar istehsal etməyə başladı. Təbii ki, Svarovskinin ideyası olan kristal daşlar brilyantlarla müqayisədə insanlar üçün daha münasib dəyərə malik idi. Məhsullar bazara buraxıldıqdan sonra tezliklə Svarovski daşlarına tələbat əhəmiyyətli dərəcədə artdı. Kristal daşlar dəbli aksesuara çevrildi. Artıq 20-ci əsrin əvvəllərində şirkət alıcı sifarişlərinin içində batırdı. Öncə Corc Frederik Strass tərəfindən kəşf olunaraq əhaliyə riyakarcasına brilyant kimi təqdim olunan daşları Daniel Svarovski fəaliyyətinə başlayandan bəri adi kristal-şüşə daşlar olduğunu inkar etmirdi. Elə bu səmimiliyi Danielə uğur gətirdi.

Artan tələb şirkəti böyüməyə vadar etdi və böyüyərək alıcı miqyasını bütün Avropa boyu genişləndirdi. Svarovski bir çox rəqiblərini özünün sirli emal formulası ilə geridə qoymuşdur və bu emal formulası hələ də sirr olaraq qalır. Svarovski daşları olduqca aydın parıldayır və işığı əks etdirir. Bu xüsusiyyətə görə svarovski daşlarını brilyantdan ayırmaq çətindir.

Bu gün şirkət dünya üzrə yüksək keyfiyyətli cəvahirat istehsalında istifadə olunan svarovski daşlarının 80%-ni təmin edir. Svarovski baş idarəsi hələ də Avstriyanın kiçik kəndi olan Vattenddə yerləşir. 2009-cu ildə tərkibində işləyənlərin sayı 24,841 nəfər təşkil edirdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ