SON DƏQİQƏ
» » Urmiya gölü xilas edilməsəydi Təbriz adlı şəhər qalmazdı - Həsən Ruhani

Urmiya gölü xilas edilməsəydi Təbriz adlı şəhər qalmazdı - Həsən Ruhani

Tarix:

15-10-2019, 18:30

/ 1 824 dəfə oxundu.
Urmiya gölü xilas edilməsəydi Təbriz adlı şəhər qalmazdı - Həsən Ruhani

"Urmiya gölünün xilas edilməsi müvəffəqiyyətlə baş tutdu. Əgər bu addım atılmasaydı indi Təbriz adlı şəhər qalmazdı."

GunAz.az Mehr agentliyinə istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda keçirilən Aralıq dənizinin şərq ölkələrinin səhiyyə nazirlərinin 6-cı toplantısında çıxışı zamanı deyib.

İran prezidenti burada çıxışı zamanı ölkəsində səhiyyə və ekologiya ilə bağlı görülən işlərdən danışıb. O çıxışının bir hissəsini Urmiya gölünün xilas edilməsi layihəsinə həsr edib və vurğulayıb ki, gölün xilas edilməsi işi müvəffəqiyyətlə həyata keçirilib.

O deyib:

"Urmiya gölünün xilas edilməsi və canlandırılması müvəffəqiyyətlə həyata keçirilib. Əgər bu addım atılmasaydı bu gün Təbriz adlı şəhər qalmazdı və o zaman ölkənin qərbində 14 milyon insan köçməyə məcbur qalardı."

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ