SON DƏQİQƏ
» » Bakıda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilir

Bakıda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilir

Tarix:

14-10-2019, 13:08

/ 1 775 dəfə oxundu.
Bakıda Türk Şurası Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilir

Oktyabrın 14-də Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının 7-ci iclası keçirilib. GunAz.az xəbər verir ki, tədbirdə çıxış edən Qırğızıstanın Xarici İşlər naziri Çingiz Aydarbekov Türk Şurasının BMT-nin Baş Assambleyasında müşahidəçi statusu almaq istiqamətində işlərin davam etdirildiyini bildirib."Türk Şurası beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirir. Təşkilata sədrlik Azərbaycana keçir. Lakin növbəti dövrdə də Qırğızıstan təşkilata üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı yenə də diqqət mərkəzində olacaq. Təşkilata üzv ölkələr arasında yenidən biznes forumlar keçirilməlidir", - deyə qırğızıstanlı nazir bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Özbəkistanın Türk Şurasında iştirakı təşkilatı daha da gücləndirəcək: "Özbəkistanın türk dünyasının mühüm ölkələrinən biridir. Özbəkistanın Türk Şurasında iştirakı tarixi addımdır. Bu addım təşkilatı daha da gücləndirəcək. Türkiyə buna çox sevinir".

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ