SON DƏQİQƏ

Yaponiyada 60 ilin ən güclü tayfunu canlar aldı

Tarix:12-10-2019, 23:37 Oxunub:979

Yaponiyada son 60 ilin ən şiddətlisi olacağı təxmin edilən "Hagibis" tayfunu səbəbindən ən azı 2 nəfərin öldüyü və 90 nəfərdən çox adamın yaralandığı qeyd edilib.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, itkin düşdüyü bildirilən 10 nəfərlə bağlı araşdırmalar isə davam edir.

Sürəti saatda 180 kilometrə çatan tufan səbəbindən bəzi ərazilərdə sürüşmə baş verdiyi və çayların daşdığı, leysan yağışları səbəbiylə 6 milyondan çox insanın təxliyə edildiyi qeyd edilib.

Bundan başqa, bazar ertəsinə qədər paytaxt Tokioya və ətraf şəhərlərə qatar və təyyarə reyslərinin əksəriyyətinin ləğv olunduğu bildirilib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<