SON DƏQİQƏ
» » Hizbullah lideri Suriya kürdlərinə xitabən: ABŞ-a arxalanmağın sonu budur

Hizbullah lideri Suriya kürdlərinə xitabən: ABŞ-a arxalanmağın sonu budur

Tarix:

9-10-2019, 17:50

/ 1 823 dəfə oxundu.
Hizbullah lideri Suriya kürdlərinə xitabən: ABŞ-a arxalanmağın sonu budur

“ABŞ Suriya kürdlərini tərk etdi. Bu Amerikaya arxalananların sonudur. ABŞ-a etimad etmək və arxalanmağın sonu belə zillət çəkmək və xar olmaqdır.”

GunAz.az əl-Mənar telekanalına istinadla xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah ötən gün Beyrutda Məhərrəm və Səfər ayının əzadarlığı ilə bağlı çıxışı zamanı deyib.

Hizbullah lideri çıxışı əsnasında ABŞ-ın Suriyanın şimalında bəzi bölgələrdən çıxması və Türkiyənin burada əməliyyata başlamasına münasibət bildirib və kürdləri ABŞ-a arxalandıqlarına görə məzəmmət edib.

“Təcrübə bunu göstərir ki, son anda ABŞ öz müttəfiqlərini qorumur və əldə edilmiş anlaşmalara əsla hörmətlə yanaşmır. İndi siz Suriyanın şimalında və Fəratın şərqindəki kürdlərə baxın! Amerika onlarla nələr etmədi?!”, deyə Həsən Nəsrullah ABŞ-a arxalanan kürd bölmələrinin alçalmış vəziyyətə düşdüklərini bildirib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ